Türkiyə Xarici İşlər Nazirliyi İsveçrənin ATƏT-ə sədrliyi dövründə professor Talip Küçükcanın bu qurumda müsəlmanlara qarşı ayrı-seçkiliyə və İslamofobiyaya qarşı mübarizə üzrə təmsilçi, Türkiyənin təşkilatda daimi nümayəndəsi Tacan İldemin isə münaqişələrlə bağlı əlaqələndirici təyin olunması ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir: "Bu təyinatlar Türkiyənin başda Dağlıq Qarabağ olmaqla, həlli gecikdirilən münaqişələrin nizama salınması çərçivəsində səylərini gücləndirməsi və İslamofobiya ilə mübarizə sahəsində qətiyyətliliyini davam etdirməsi baxımından bizi məmnun edib".
Bəyanatda vurğulanır ki, rəsmi Ankara ATƏT coğrafiyasında təhlükəsizliyin təmini istiqamətində hədəflərə nail olunmasına və təşkilatın hərbi-siyasi, iqtisadi, ekoloji və humanitar sahələrdə fəaliyyətinə töhfə verməyə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB