Şaxtalı hava rekord qırdı FƏLAKƏT

Şaxtalı hava rekord qırdı FƏLAKƏT

ABŞ-da və Kanadada qar fəlakəti davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 50 dərəcə şaxtanın hökm sürdüyü ştatlarda açıq havada 10 dəqiqə ərazində insan bədəni donur. Yaşanan təbii fəlakət 190 milyon insanın sosial şəraitinə mənfi təsir göstərib. Ən şaxtalı hava 62 dərəcə olmaqla ABŞ-ın Montana ştatında qeydə alınıb.

Ötən gün isə şaxtalı hava şəraiti ABŞ və Kanadanın 70 ştatında rekord qırıb. Belə ki, 8 yanvar tarixində ABŞ-ın Çikaqo ştatında 1200 uçuş ləğv edilib. ABŞ-ın Nyu York ştatında isə 1896-cı ildən bu günə qədər ən şaxtalı hava 23 dərəcə olmaqla 7 yanvar tarixində qeydə alınıb. Ötən həftə adıçəkilən ölkələrin şimal-şərq bölgələrində baş verən "Herakl" adlı qar fırtınası səbəbi ilə on minlərlə uçuş ləğv edilmişdisə, təkcə dünən gün ərzində bu rəqəm 2000-lə əvəz olunub. Təyyarə reyslərinin ləğv olunması ilə əlaqədar sərnişinlər günlərlə aerodromlarda qapalı qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə