Xaricdə yaşayan vətəndaşlar üçün Misirin yeni konstitusiyasına dair referendum başlanıb
Misirin aparıcı "Əl-Əhram" qəzeti xəbər verir ki, Misirin öz ölkəsindən kənarda yaşayan vətəndaşları üçün ölkənin yeni konstitusiyasının layihəsinə dair referendum başlanıb.
Səsvermə yanvarın 8-dən 12-dək 138 diplomatik nümayəndəlikdə, o cümlədən 127 səfirlikdə və 11 konsulluqda təşkil olunmuş seçki məntəqələrində keçiriləcək. Dünyanın 161 ölkəsində yaşayan 681 min 346 nəfər Misir vətəndaşı səsvermədə iştirak edəcək. Səsvermə beş gün müddətində keçiriləcək və bazar günü axşam saat 9-da başa çatacaq.
Misirin özündə ümumxalq referendumu yanvarın 14-də və 15-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB