Qatar yandı: 9 nəfər öldü

Bu gün səhər saatlarında Hindistanda sərnişin qatarında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 9 nəfər həyatını dəyişib. Mumbaydan Dexraduna gedən qatarda başlayan yanğın zamanı sərnişinlərin əksəriyyəti yatmış vəziyyətdə olub.

Yanğın 3 vaqonu əhatə edib və sərnişinlər qatardan endiriliblər. Yanğının səbəbləri hələ ki, məlum deyil.

Qeyd edək ki, ötən ilin dekabrın 28-də də Hindistanda sərnişin qatarında yanğın baş vermişdi və 26 nəfər həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə