Məskunlaşmaq güzəştli şərtlərlə dövlət istiqrazları satılıb

Məskunlaşmaq güzəştli şərtlərlə dövlət istiqrazları satılıb

Macarıstanda çıxan "Napi Gazdasаg" ("Gündəlik iqtisadiyyat") qəzeti bildirir ki, Macarıstanın Dövlət Borcuna Xidmət Mərkəzi (Аllamadоssаg Kezelо Kоzpont - АKK) keçən il üçüncü ölkələrdən olan sərmayədarlara bu ölkədə yaşamaq üçün güzəştli şərtlərlə icazə almaq hüququ verən 430 dövlət istiqrazı satıb.

Qəzet yazır: "2013-cü ilin sonuna qədər AKK Macarıstanda məskunlaşmaq üçün 430 dövlət istiqrazı satılıb. Təkcə keçən ilin son iki ayı ərzində Avropa İttifaqının üzvü olmayan üçüncü ölkələrdən 300-dən çox investor bu cür immiqrasiya güzəşti hüququ qazanıb".

Macarıstan qanunvericiliyinə görə, üçüncü ölkələrdən olan əcnəbi investorlar azı 250 min avro dəyərində dövlət istiqrazı alarsa, onlar Macarıstanda daimi yaşamaq üçün sadələşdirilmiş prosedur üzrə icazə almaq hüququna malikdirlər. Bundan əlavə, Macarıstanda yaşamaq üçün şəxsin icarəyə götürülüb və ya xüsusi mənzili olmalıdır, məskunlaşmağa namizəd özü isə bu ölkədə hüquqi qayda və milli təhlükəsizlik üçün təhdid mənbəyi olmamalıdır.

2013-cü ildə Macarıstan immiqrasiya üçün bu cür güzəştli dövlət istiqrazları satışından 26,9 milyon avro gəlir əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə