Misir polisi qədim artefaktlar müsadirə edib

Misir polisi qədim artefaktlar müsadirə edib

Misir KİV-ləri ölkənin Qədim Abidələrə dair İşlər Nazirliyinə istinadən xəbər verir ki, Misir polisi qanunsuz qazıntılar zamanı aşkara çıxarılmış 1524-dən çox qədim artefaktı müsadirə edib.

Qahirənin yaxınlığındakı evlərdən birində aparılmış axtarış nəticəsində qədim heykəllər, həmaillər və Misir sərdabələrində guya o dünyaya açılan "yalançı qapılar" aşkar edilib. Artefaktların müxtəlifliyi onların qanunsuz qazıntılar yolu ilə əldə edildiyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə