Türkiyənin 10 şəhərində polis rəhbərləri dəyişilib

Türkiyənin 10 şəhərində polis rəhbərləri dəyişilib

Türkiyənin Sakarya, Çanaqqala, Malatya, Batman, Samsun, Yozqat və Elazıx şəhərlərində polis rəhbərliklərində dəyişiklik edilib. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara da daxil olmaqla 10 şəhərin polis rəhbərliyində bir sıra dəyişikliklər edilib.

Yeni dəyişikliklərdə 350 polis işçisi də yer alıb. Ankara ilə yanaşı, həmçinin Kütahya və Tokat şəhərlərində də polis rəhbərliklərində dəyişiklik edilib.

Xatırladaq ki, bundan öncə Ankaranın təhlükəsizlik idarəsində 18 rəhbər vəzifəli şəxs dəyişilib.

Bütün xəbərlər Facebook səhifəmizdə