Con Kerri və Sergey Lavrov görüşəcək

Con Kerri və Sergey Lavrov görüşəcək

Yanvarın 13-də ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN-in başçısı Sergey Lavrov Suriya münaqişənin nizamlamasına dair konfransda İranın iştirakını müzakirə edəcəklər. Bunu BMT-nin rəsmi nümayəndəsi Farxan Xak bəyan edib.

"ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov yanvarın 13-də görüşəcəklər. Ümidvarıq ki, İranın konfransda iştirakına dair razılaşma əldə ediləcək", - deyə F.Xak bildirib.

Onun sözlərinə görə, BMT baş katibi Pan Gi Mun İranın konfransa dəvət edilməsini dəstəkləyir, lakin son qərarı "Cenevrə-2" konfransınkının təşəbbüskarları olan ABŞ və Rusiya verməlidir.

Suriyadakı vəziyyətə həsr olunmuş beynəlxalq konfrans yanvarın 22-də, İsveçrənin Montrö şəhərində başlayır. Bir gün sonra isə rəsmi Dəməşq və müxalifət nümayəndələri Cenevrədə, beynəlxalq müşahidəçilərin iştirakı ilə birgə münaqişənin nizama salınması yollarını müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə