Ərdoğan Yaponiyada

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Yaponiyaya rəsmi səfəri başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan Türk Hava Yollarına məxsus təyyarə ilə Yaponiyanın paytaxtı Tokioyaya eniş edib. Baş nazir Ərdoğanı Tokio Hava lımanında Türkiyənin Tokiodakı səfiri Serdar Kılıç və Yapon səlahiyyətliləri qarşılayıb.

Baş nazir Ərdoğan ilə birlikdə onun həyat yoldaşı Əminə Ərdoğan, qızı Süməyyə Ərdoğan, nazir köməkçisi Bülent Arınç, Avropa Birliyi naziri Mevlüt Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız, Gənclər və İdman naziri Akif Çağatay Qılınc, müdafiə naziri İsmət Yılmaz, nəqliyyat naziri Lütfü Elvan, iş adamları və jurnalistlər də Tokioya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə