İraqın paytaxtı Bağdadın müxtəlif ərazilərində baş verən partlayışlar nəticəsində ilkin ehtimallara görə 12 nəfər ölüb, 41-i isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxtın şimal-şərqində yerləşən Əş-şab əyalətində alış-veriş məkanı və içki satılan dükanın hədəfə alındığı hücumlarda 9 insan ölüb, 27 insan yaralanıb.
Baş vermiş partlayışların bomba dolu maşınların vasitəsi ilə həyata keçirildiyi iddia edilir. Yaralıların ətrafdakı xəstəxanalara aparıldığı deyilir.
Digər bir partlayış isə Bağdadın Əl-Meydan əyalətində meydana gəlib. Buradakı hadisə zamanı isə 2-si ölü olmaqla 7 nəfər yaralanıb. Paytaxtın mərkəzində yeni açılan alış-veriş məkanında meydana gələn partlamada isə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB