İsrail ABŞ-ın İordan vadisində təhlükəsizliyin təmin edilməsi üzrə təklifini qəbul etməyib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hazırda İordan vadisi İsrailin tam hərbi və inzibati nəzarəti altındadır. İsrailin kəşfiyyat və strategiya naziri Yuval Ştaynits deyib ki, təhlükəsizlik bizim əlimizdə olmalıdır.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri İsrail və Fələstin arasında dayandırılmış müzakirələrin davam etdirilməsinə kömək məqsədilə yanvarın 2-də Yaxın Şərqdə səfərdə olub. Bu, Con Kerrinin dövlət katibi kimi regiona 10-cu səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB