İraqın qərbindəki əl-Anbar əyalətində şənbə günü əl-Qaidə ilə əlaqəli qruplaşmanın yaraqlıları ilə döyüşlərdə səkkiz iraqlı hərbçi həlak olub. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir.
Ən qanlı döyüşlər əl-Fəlluca və Rəmadi şəhərlərin ətrafında baş verib, orada son həftələr ərzində İraqın silahlı qüvvələri tərəfindən terrorçulara qarşı anti-terror əməliyyatı keçirilib.
Bundan öncə KİV-in məlumatına görə, əl-Fəlluca şəhərini əl-Qaidə döyüşçüləri ələ keçiriblər.
Eyni zamanda, İraq hərbiçiləri şənbə günü bildiriblər ki, əl-Fəlluca və Rəmadi ətrafında döyüşlərdə təxminən 60 terrorçu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB