Əfqanıstanın paytaxtı Kabil şəhərininin mərkəzində bir sıra dövlətlərin diplomatik nümayəndəlikləri yerləşən yerdə şənbə günü güclü partlayış baş verib. SİA RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi xəbər verir.
Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Təxminən eyni zamanda yaraqlılar Kabilin ətrafındakı hərbi bazanın yanındakı ordu karvanına hücum ediblər, bu barədə təhlükəsizlik xidmətinin nümayəndələri bildiriblər.
Əfqanıstandakı Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) komandanlığı hadisə yerinə öz dəstəsini göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB