Hindistanın Qoa ştatında binanın uçması nəticəsində on dörd nəfər həlak olub
Hindistanın Qoa ştatındakı Kanakona şəhərində tikilən binanın şənbə günü uçması nəticəsində on dörd nəfər həlak olub. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Hindistanın IANS informasiya agentliyi xəbər verir.
Bundan öncə altı nəfərin həlak olması barədə xəbər verilib.
Binanın uçması zamanı orada 50-ə yaxın işçi olub.
"On üç nəfər xəsarət alan işçi müxtəlif xəstəxanalara yerləşdirilib. Lakin dağıntılar altında ən azı 10 nəfər var", - yerli hakimiyyət nümayəndəsi IANS-a bildirib.
Hadisə yerində xilasedicilər, yanğınsöndürən və polis işləyir, ştat hökuməti və xilasetmə işlərinə ordunu da cəlb edib. Xilasetmə əməliyyatı bütün gecə davam edə bilər.
Qoa ştatının baş naziri Manoxar Parrikar bildirib ki, insanların ölümü ilə bağlı tikinti təşkilatçısının, baş podratçının və baş bələdiyyə mühəndisinin hərəkətlərinin istintaqı başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB