Bazar günü Banqladeşdə keçiriləcək seçkilər ərəfəsində ən azı üç nəfərin həlak olduğu bildirilir. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, seçki qarşıdurmaları hakim Xalq Liqası Partiyası və müxalifətdə olan Banqladeş Millətçi Partiyası tərəfdarları arasında baş verib.
Eyni zamanda, Hindistanın "Hindustan Times" qəzetinin elektron versiyasında da qeyd olunub ki, nümayişçilər seçkilər ərəfəsində 60-a dək seçki məntəqələrini yandırıblar.
Qarşıdurmalara səbəb isə Bnaqladeşin ana müxalifət partiyası hesab olunan Bnaqladeş Millətçi Partiyasının seçkiləri boykot etmək çağırışı olub. Bununla yanaşı, ölkədə 48 saatlıq tətil elan edilib. Bir çox iaşə obyektləri və dükanlar, eləcə də digər həyat əhəmiyyətli müəssisələr bağlıdır. Müxalifətçilərin irəli sürdükləri tələblərindən biri də bitərəflərdən ibarət olan hökumət nümayəndələrinin seçki prosesinə nəzarət etmələ qərarının yenidən qüvvəyə minməsidir. Bu qərar ölkənin baş naziri və iqtidar partiyasının sədri Şeyx Hasin tərəfindən ləğv olunub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB