Misir "Əl-Cəzirə"yə qadağa qoydu

Misir "Əl-Cəzirə"yə qadağa qoydu

Bu gün Qətərin Misirdəki fövqəladə və səlahiyyətli səfiri diplomatik görüşə dəvət olunub. SİA Misirin "Əl-Əhram" qəzetinə istinadən xəbər verir ki, buna səbəb Qətər Xarici İşlər Nazirliyinin Misir hökumətinin "Müsəlman qardaşları" təşkilatını terrorçular siyahısına salmaq tələbi olub.

"Populyar təşkilatın terrorçular siyahısına daxil edilməsi, sülh missiyalı aksiyaların terrorçuların nümayişi kimi təqdim olunması sülhməramlı etirazların qarşısını ala bilməyəcək"-deyə "Əl-Əhram" qəzeti Qətər xarici işlər nazirliyinin bəyanatını şərh edərkən yazıb. Daha sonar qeyd olunub ki, bu addımlar nümayişçilərə atəş açmaq üçün sadəcə bəhanələrdir.

Xatırladaq ki, ötən ilin 12 dekabr tarixində Misirin təhlükəsizlik qüvvələri Qətər əmirliyinə məxsus "Əl-Cəzirə" telekanalının 11 əməkdaşını həbs edib. Həbs əməliyyatı zamanı telekanala məxsus müxtəlif texniki avadanlıqlar, kameralar, CD-lər, eləcə də bir neçə silah müsadirə etmişdi.

Qətər əmirliyi tərəfindən maliyyələşdirilən "Əl-Cəzirə"nin Misir nümayəndəliyinin fəaliyyətinə Məhəmməd Mursi devrildikdən sonra hərbi rəhbərlik tərəfindən qadağa qoyulub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə