62 Əl-Qaidə-çi öldürüldü

Şiə təriqətinin nümayəndəsi, İraqın baş naziri Nuri əl-Malikinin rəhbərliyi ilə sünni tayfalar və Əl-Qaidə qrupları arasında qarşıdurmalar davam edərkən, ölkənin cənubunda Bəsrə, Misa və Ziqar rəhbərlikləri federal quruluşa keçid üçün ortaq protokol imzalayıb. Sünnilərin çoxluq təşkil etdikləri Ninnova bölgəsi isə mərkəzi hökumətdən müstəqilliyini tələb edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Əl-Qaidənin elan etdiyi İraq Şam İslam Dövlətində ( IŞID ) və Sünni tayfalarının rəhbərliyi altına düşən Ramadi və Fəllucədə vilayətlərində dövlət nəzarətini yenidən ələ keçirmək üçün bölgəyə hərbi qüvvə cəlb edib. Bundan başqa əl-Maliki bu məqsədlə Əl-Qaidənin məskunlaşdığı bölgələri top atəşinə tutub. Nəticədə 62 Əl-Qaidə xadimi öldürülüb.

Qeyd edək ki, hazırda ölkədə sünni-şiə qarşıdurması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə