Şimali Koreya lideri Kim Çen In Koreya yarımdasında baş verə biləcək hərbi konfliktdə nüvə təhlükəsinin mövcudluğunu istisna etməyib. SİA İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Şimali Koreya lideri ölkənin yeganə televiziya kanalında yarım saatlıq yeni il təbrikindəki nitqində danışıb.
"Hazırda biz elə bir vəziyyətdəyik ki, ən kiik silahlı qarşıdurma böyük müharibəyə gətirib çıxara bilər"-deyə bildirən Kim Çen In daha sonra qeyd edib ki, əgər Koreya yarımadasında müharibə baş versə, bu çox ciddi nüvə təhlükəsi yaradacaq: "ABŞ isə özünü təhlükəsiz hiss etməyəcək".
Lakin təhdidlərlə çıxış etməsinə baxmayaraq, Şimali Koreya lideri rəsmi Seulla münasibətərin yaxşılaşdırılması tərədarı olduğunu da vurğulayıb.
Qeyd edək ki, Kim Çen In 2011-cildən Şimali Koreyanın rəhbəridir və o artıq ikinci ildir ki, televiziya vasitəsilə xalqı təbrik edir. Hansı ki, onun sələfi Kim Çen İr öz təbriklərini yazılı mətbuat vasitəsilə xalqa çatdırırdı.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB