Yanvarın 13-də Tailand yenidən qarışacaq

Yanvarın 13-də Tailand yenidən qarışacaq

Tailand hökuməti müxalifətin yanvarın 13-nə planlaşdırdığı kütləvi etiraz aksiyalarının baş verməməsi üçün orduya güvəndiyini açıqlayıb. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumatına görə, bu haqda Tailandln Milli Təhlükəszilik Şurasının rəhbəri Paradorn Pattanatabut bəyan edib.

Qeyd edək ki, müxalifət yanvarın 13-də kütləvi və böyük masştablı etiraz aksiyası keçirəcəyini bəyan edib. Bildirilir ki, həmin gün paytaxt Bankonqda nəqliyyat iflic vəziyyətinə gətiriləcək. Manifestantların lideri Sutep Tauqsuban deyib ki, aksiya paytaxtın 20 əsas küçələrində keçiriləcək. Tailand ordusu isə ölkənin thlükəsizliyini təmin etmək məqsədi ilə polis güclərinə yardım edəcəyini istisna etməyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə