Davamlı olaraq filmlərdə ya da seriallarda kompüter xakerlərinin olduqca sadə bir şəkildə banklardan pul oğurladıqları göstərilir. Gerçəkdə çox çətin olan olan bu hadisələr filmlərdə çox sadə olaraq nümayiş etdirilir. Lakin bu hadisələr bəzən gerçək həyatda da ola bilir.
Yaxın keçmişdə Avropada adı açıqlanmayan bir bankın ATM-inə USB ilə zərərli proqram yükləyən hackerlər daha sonra bu ATM-dən küllü miqdarda pul oğurlayıblar.
Bu vəziyyəti 2 ay sonra anlayan bank rəhbərliyi, bu ATM-ləri izləməyə başlayıb və sonradan vəziyyətdən çıxış yolunu tapa biliblər. Qarşısı alınana qədər isə bankın ATM-lərindən bu üsulla təxminən 45 milyon dollar oğurlanıb.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB