44 millət vəkili istefa verdi
Baş nazir etirazla qarşılandı

2013-ci ildə 8 mindən çox vətəndaşını qurban verən İraq yeni ilə dərin siyasi böhranla daxil olub. Sünnilərin məkanı olaraq tanınan Əl Anbar əyalətinin mərkəzi Ramadidə şiə Baş nazir Nuri əl Malikinin etirazla qarşılandığı düşərgənin əvvəlki gün silah gücü ilə bağlanılmasından sonra 44 millət vəkili istefa verib.

Qeyd edək ki, ölkədə gərginliyi artıran səbəblərdən biri də sünni vəkil Əhməd əl Alvaninin həbs edilməsidir. Müstəfi vəkillər Alvaninin azad olunmasını və ordunun Ramadidən dərhal geri çəkilməsini tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə