Bina partladı 13 nəfər xəsarət aldı

Bina partladı 13 nəfər xəsarət aldı

ABŞ yeni ilin ikinci günü hadisəsiz ötüşməyib. SİA-nın məlumatına görə, Minneapolis şəhərində üçmərtəbəli yaşayış evində partlayış baş verib. Partlayış nəticəsində başlayan yanğın 13 nəfərin xəsarət almasına səbəb olub.

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. Həmçinin bildirilir ki, xəsarət alanların çoxu yanğın nəticəsində xəsarət alsalar da, bəziləri canlarını qurtarmaq üçün pəncərələrdən tullanaraq zədə alıblar

Hazırda 6 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, partlayışın səbəbləri hələ tam açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə