Dubayda Yeni il ətəşfəşanlığı Ginnesin Rekordlar kitabına düşdü

450 min fişəngdən ibarət salyut 6 dəqiqə davam edib
Dubayda Yeni il ətəşfəşanlığı Ginnesin Rekordlar kitabına düşdü

Dubayda təşkil olunan yeni il atəşfəşanlığı öz miqyasına görə Ginnesin Rekordlar kitabına düşüb. "RİA Novosti"nin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki atəşfəşanlıq 2012-ci ildə Küveytdəki atəşfəşanlığı da geridə qoyub.

Atəşfəşanlıq nəzərdə tutulandan 20 dəqiqə gec başlayıb. KİV-də bunu təşkilatçıların hazırlığı və güclü küləklə əlaqələndirirlər.

450 min fişəngdən ibarət salyut 6 dəqiqə davam edib. Fişənglər Dubayın sahillərindəki 100 kilometrlik məsafədə 400 nöqtədən səmaya buraxılıb. Fişəng atəşfəşanlığı nəticəsində səmada BƏƏ-nin 225x130 metr ölçüdəki bayrağı forması canlandırılıb. Bayram atəşfəşanlığını 200-dən artıq pirotexniki qurğudan istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə