Avstraliya sahillərində daşqın təhlükəsi yaranıb

Güclü "Kristin" tropik siklonu Avstraliyanın şimal-qərbindəki sahil xəttini keçərək cənuba materikin içərilərinə doğru hərəkət edir. Yerli hakimiyyət orqanları bu ərazidəki yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq ediblər ki, sığınacaqlarda qalsınlar və oradan çıxmasınlar. Hazırda bütün yollar bağlanmış, Port Hedlend limanında bütün işlər dayandırılıb.

Siklonun episentrində küləyin sürəti saatda 200 kilometrə çatır, lakin quru ərazidə irəlilədikcə "Kristin" zəifləməyə başlayır.

Buna baxmayaraq, qarşıdakı saatlarda ciddi daşqın təhlükəsi var, ona görə də sahil ərazilərinin sakinləri çox ehtiyatlı olmalıdırlar.

Şimali Avstraliyada tropik siklonlar mövsümü noyabrdan aprelə qədər davam edir. Siklonlar gücünə görə 5 kateqoriyaya bölünür. "Kristin" siklonu üçüncü kateqoriyaya aid edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə