Bu ay 550 nəfər terrorun qurbanı olub

Bu ay 550 nəfər terrorun qurbanı olub

Cari ay ərzində İraqda törədilən terror aktları nəticəsində 550 nəfər həyatını itirib. SİA-nın məlumatına görə, İraq təhlükəsizlik və səhiyyə mənbələri ötən gün baş verən terror aktlarında ən azı 18 nəfərin həlak olduğunu bildirib. Onlar arasında ordunun yüksək rütbəli zabitləri də var.

Qeyd edək ki, İraq hökuməti və əl-Ənbar əyaləti aksiyaçıları arasında nümayişlərin bitməsi və məhbusların azad ediməsi ilə bağlı razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə