Putin Federal Təhlükəsizlik Xidmətinin rəhbərini Volqoqrada göndərib
Bu gün səhər saat 08:25-də (Rusiya vaxtı ilə) Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10-dan artıq insan isə xəsarət alıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış baş vermiş ərazi əhatəyə alınıb.
Məlumata görə, hadisə yerində xüsusi xidmət orqanları çalışırlar. Partlayışın baş verdiyi küçə üzrə hərəkət hər iki tərəfdən bağlanılıb. Rusiya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Oleq Salaqay "Rossiya 24" telekanalına bildirib ki, trolleybusdakı partlayış nəticəsində 25 nəfər xəsarət alıb.
Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu sutka ərzində iki terror aktının baş verdiyi Volqoqrada göndərib. Bunu prezidentin köməkçisi Dmitri Peskov deyib. Prezidentlə görüşdə A. Bortnikov və daxili işlər naziri Vladimir Kolokoltsev Dağıstan və Stavropol diyarında dekabrın 20-30-da keçirilən əməliyyatlar zamanı bir neçə terrorçunun məhv edildiyi haqda dövlət başçısına məruzə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB