Dünya çempionu Mixail Şumaxer qaya ilə toqquşub

Formula-1 üzrə yarışın qalibi, məşhur dünya çempionu Mixail Şumaxer ciddi zədə alıb. Bu barədə Avropa-1 radiosu məlumat yayıb.

Məlumatda bildirilir ki, dünya çempionu Fransanın Ot-Savua departamentindəki Meribel zirvəsində xizəklə sürüşərkən özünü saxlaya bilməyərək qarşısına çıxan qaya parçasına dəymiş və yaralanıb. Xüsusi vertolyotla xəstəxanaya çatdırılan M.Şumaxeri müayinə edən həkimlər onun zədəsinin ciddi olduğunu bildiriblər.

Çempionun xəstəxanada bir neçə gün qalaraq müalicə olunacağı qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə