Xorvatiyada 364 həkim, habelə əczaçılıq şirkətinin rəhbərliyi rüşvətxorluqda ittiham olunur
Xorvatiya hökuməti 364 nəfəri, əsasən həkimləri, habelə iri əczaçılıq şirkətinin - "Farmal"ın rəhbərlərini rüşvətxorluqda və xidməti vəzifədən sui-istifadə etməkdə təqsirləndirib.
Bu barədə BBC Rüşvətxorluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə istinadən xəbər verir.
İdarənin mətbuat xidməti bildirib ki, ittihamlar səhiyyə sahəsində ölkə tarixində korrupsiyaya qarşı ən böyük təhqiqat çərçivəsində irəli sürülüb.
Xorvatiya prokurorluğunun məlumatına görə, həkimlər "Farmal" şirkətinin rəhbərliyindən rüşvət alıb əvəzində xəstələrə şirkətin istehsal etdiyi dərman preparatlarını təyin ediriblər.
Yerli KİV-lərin məlumatına görə, sxemdə xeyli tibb işçisi iştirak edib.
Günahkarların hamısı işdən çıxarılarsa, ölkənin səhiyyə sistemi sadəcə dağıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB