Çində minlərlə aviasərnişin qatı duman üzündən aeroportlarda qalıb

Çində minlərlə aviasərnişin qatı duman üzündən aeroportlarda qalıb

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində yüzdən çox aviareys ləğv edilib, bir neçə yüzü isə təxirə salınıb.

Uçuş cədvəlinin pozulmasına səbəb qatı dumandır. Bu səbəbdən əyalətin aeroportunda bir neçə min sərnişin uçuş gözləyir.

Havaların əlverişsiz keçməsi artıq üçüncü gündür ki, bu əyalətdə təyyarələrin uçuş cədvəlində təshihlər edir.

Aeroportun rəhbərliyi sərnişinlər üçün isti yemək təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə