Suriyada hökumət qüvvələri ilə müxaliflər arasında ən gərgin döyüşlər Dəməşqətrafı ərazilərdə, həmçinin Hələb və Homs şəhərində qeydə alınıb. Ölən və xəsarət alanların sayı barədə dəqiq məlumat verilmir.
Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupunun hesabatına görə, Hələbə endirilən hava zərbələri zamanı ölənlərin sayı 560-a çatıb. Onlardan 148-i uşaq, 63-ü qadındır.
Bu arada, UNİCEF suriyalı uşaqların xilası üçün tarixinin ən böyük müraciətini edib. Qurum beynəlxalq ictimaiyyətə müraciətində münaqişədən əziyyət çəkən uşaqlara 2014-cü ildə zəruri yardımların göstərilməsi üçün 835 milyon dollara ehtiyacın olduğunu bildirib. Bu məbləğ ötən ildəkindən 77 faiz artıqdır ki, bu da təşkilatın indiyədək donorlardan tələb etdiyi ən böyük məbləğ hesab olunur.
UNİCEF-in hesabatına görə, Suriya daxilində 4 milyon, xaricində isə 1 milyondan artıq uşağın humanitar yardıma ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB