"Barselona" rəhbərliyi yayda Herardo Martinonun əvəzinə Luis Felipe Skolarini baş məşqçi vəzifəsinə təyin edəcək. Bu barədə jurnalist Qraham Hunter məlumat verib. Onun sözlərinə görə, məşqçilərin yerdəyişməsi dünya çempionatından sonra baş verəcək.
Bu informasiya ilk dəfə Braziliyanın "Globo Esporte" saytında meydana çıxmış və sonra dünya şəbəkəsində yayılıb.
Jurnalist Hunter İspaniyada Britaniyanın "Sky Sports" kanalı üçün işləyir. O, "Çempionlar liqasının jurnalı" proqramına müsahibəsində deyib: "Zənnimcə, Martino bu mövsümdən sonra klubu tərk edəcəkdir, onun yerinə isə dünya çempionatından sonra Skolari gələcək".
Hunter 2001-ci ildən İspaniya futbolunu işıqlandırır. Son vaxtlar o, bir neçə kitab yazmışdır. Onlardan biri Pep Qvardiolanın "Barselona"sı haqqındadır. Braziliya saytı qeyd edir ki, Argentina mətbuatı da mövsüm başa çatdıqdan sonra Martinonun Kataloniya klubunu tərk edəcəyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB