Putindən sonra Obama?

Ağ Evdəki mənbə ABŞ prezidenti Barak Obamanın xanımı Mişeldən boşandığı haqda xəbərə aydınlıq gəlməkdədir. SİA-nın məlumatına görə, adı açıqlanmayan mənbə jurnalistlərə deyib ki, "Barak Mişelin münasibəti bir neçə ildir gərgindir.Onlar yalnız qızlarına və Barak Obamanın siyasi karyerası xatirinə bir yerdədir".

Onun sözlərinə görə, Mişel Obama boşanması məsəlsi ilə məşğul olan vəkillə artıq görüşüb: "O, ərinə ayrı yaşamaq istədiyini söyləyib. Bu boşanma Barak Obama üçün maliyyə baxımıdan baha başa gələ bilər".

Bununla belə mənbə onu da qeyd edib ki, 21 illik ailə həyatı yaşayan bu cütlük Barak Obamanın prezidentlik müddəti başa çatanadək bu evliliyi davam etdirmək qərarına gəlib: "Hətta, Obamanın yaxın müşavirləri və dostları belə bu olaydan məyus olub. Barak Obama əvvəllər də Mişeli incidib. Ancaq Cənubi Afrika Respublikasında Nelson Mandelanın dəfn mərasimində onların arasında hamını gözünün qarşısında mübahisə yaşanıb. Hamı gördü ki, prezident xanımına zərrə qədər hörmət etmir. Mişel camaat arasında onunla mübahisə etməsə də, evə qayıdandan sonra özünü saxlaya bilməyib".

Xatırladaq ki, bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama yayılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə