Abdulla Gül: “Korrupsiya varsa, ört-basdır edilməz”

Abdulla Gül: “Korrupsiya varsa, ört-basdır edilməz”

Türkiyə prezidenti Abdulla Gül ölkədəki rüşvət və korrupsiya ilə bağlı məsələyə ilk dəfə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Abdullah Gül Türkiyədə son 10 ildəki sürətli inkişafdan söz açaraq bildirib ki, bütün bunların olduğu bir ölkədə hər hansı bir korrupsiya və ya düzgün olmayan hal olarsa, bunu ört-basdır etmək olmaz.

O bildirib ki, Türkiyədə son 10 ildə köklü dəyişikliklər həyata keçirilir və buna görə də ölkədə baş verə biləcək korrupsiya faktı gizli saxlana bilməz: "Bilin ki, Türkiyə 15-20 il əvvəlki Türkiyə deyil".

A. Gül Türkiyədə məhkəmələrin müstəqil və tərəfsiz olduğunu vurğulayıb: "Ortada korrupsiya varsa, üstü qapanmaz. Bu məsələdə hamı rahat olsun. Hər kəs hüquqi prosesə hörmətlə yanaşmalıdır. Məhkəmə sistemi hər hansı məsələni sual altında qoymadan yekun qərarını verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə