Rəsmi açıqlama: "Suriya əhalisinin 75 %-i humanitar yardıma möhtac olacaq"
"Gələn ilin sonuna qədər həll yolu tapılmasa, Suriya əhalisinin 75 %-i humanitar yardıma möhtac vəziyyətə düşəcək. Bu bənzəri görülməmiş bir vəziyyətdir". SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı üzrə Mühacirlər Ali Komissarlığının Türkiyə nümayəndəsi Carol Batçelor jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Suriyada baş verən vəziyyət indiyə qədər yaşananların ən pisidir: "Suriyadakı qaçanların 76 %-ni qadınlar və uşaqlar təşkil edir. Türkiyə bölgədə qışa hazırlıq proqramı çərçivəsində indiyə qədər suriyalılara 200 milyon dollar yardım edib. Yaxın günlərdə Türkiyə öz ərazisindəki suriyalılara 55 min qızdırıcı, 250 min termal ədyal və 150 min dəst qış paltarı, UNICEF isə ehtiyacı olanlara uşaq ayaqqabıları paylayacaq. Lakin bu bəs etmir. Suriyaya yardım etmək tək Türkiyənin, İordaniyanın və Livanın işi deyil, bu ölkədə əhalinin yaşaması üçün hər bir dövlət öz məsuliyyətini dərk etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB