Korrupsiyada adı hallanan "Xalq Bank" haqqında deyilənləri təkzib etdi
"Bank heç bir ölkəyə qaynağı və mahiyyəti bəlli olmayan heç bir transfer etməyib. Son günlər mətbuatda bankla əlaqəli bir sıra düzgün olmayan fikirlər səsləndirilir. Bank fəaliyyət göstərdiyi ilk gündən bütün işlərini milli və beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirir". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumat Türkiyədə baş verən son hadisələrdə ən çox adı hallanan "Xalq Bank" tərəfindən rəsmi şəkildə yayılıb.
Rəsmi açıqlamada bildirilir ki, bankda əhaliyə göstərilən bütün xidmətlərin hamısı digər banklarda olduğu kimi həyata keçirilir: "Bütün bunlardan savayı heç bir mexanizm, üsul və sistemdən istifadə olunmayıb. Bununla yanaşı, həyata keçirilən xarici ticarət əməliyyatları və pul köçürmələri açıq və şəffaf şəkildə olub. Buna görə də gördüyümüz işlərin heç birində bu günə qədər qanuna zidd hal aşkarlanmayıb. 2013-cü il iyulun 1-nə İran istiqamətində qiymətli əşya satışına mane olan heç bir ölkədaxili və beynəlxalq hüquq pozuntuları qeydə alınmayıb. Digər tərəfdən isə bu işlə məşğul ola hər hansı bir firmanın satışına mane olmamışıq. Həmin tarixdən sonra isə ABŞ-ın qızıl satışında İrana qarşı tətbiq etdiyi sanksiyanı bildikdən sonra iyunun 10-da bank tərəfindən bütün əməliyyatlara son verilib. Onu da xüsusi vurğulamaq lazımdır ki, bank bu günə qədər heç bir ölkəyə qiymətli əşya satmayıb, yaxud almamış və transfer də etməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB