15400 nəfər terrorun qurbanı olub

Dünyada terror aktlarından həlak olan və yaralananların sayı ildən-ilə artır. Ötən il dünyada 8400 terror aktı qeydə alınıb və 15 min 400 nəfər terrorun qurbanı olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, terror aktları ən çox Pakistan, İraq və Əfqanıstanda törədilib. Hindistan, Nigeriya, Somali, Yəmən, Tailand və digər ölkələr də vaxtaşırı terrora məruz qalıblar. Bu ölkələrlə müqayisədə Avropada terror aktlarının səviyyəsi xeyli aşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə