Mərkəzi Kəşfiyyat İdarəsi Kolumbiyaya dəstək verib

Mərkəzi Kəşfiyyat İdarəsi Kolumbiyaya dəstək verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kolumbiyada sol radikal silahlı qruplaşmalarına qarşı mübarizədə Kolumbiya hökumətinə dəstək verib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, "The Washington Post" qəzetinin yazdığına görə, MKİ-nin məxfi proqramı çərçivəsində dəyəri milyard dollarlarla ölçülən yardımlarda Kolumbiya hökumətinə sözügedən istiqamətdə kifayət qədər yardımlar göstərilib ki, nəticədə hökumət sol radikal hərbi qruplaşmalar qarşısında qələbə qazanıb.

Qəzet onu da yazır ki, məxfi proqram hələ 10 il öncə, kişik Corc Buşun prezidentliyi dövründə təsdiq olunub. Hazırda isə Barak Obama tərəfindən davam etdirilməkdədir. Bu kimi fəaliyyət nəticəsində Kolumbiya hərbçiləri onlarla üsyançını məhv edib. Amerikalı və kolumbiyalı rəsmilər də öz növbələrində qeyd ediblər ki, məhv edilən üsyançılar arasında Kolumbiya silahlı inqilabçılar dəstəsinin lideri Raul Reyesin də var.

"The Washington Post" onu da qeyd edib ki, uzun illər təqib olunmasına baxmayaraq ələ keçirilə bilinməyən Raul Reyesin məhv edilməsində ABŞ MKİ-nin xüsusi dəstəyi olub: "Üsyançıların lideri qonşi Ekvadorda gizlənsə də o, Amerikanın elektron izlənmə proqramı vasitəsilə tapılıb. Reyesin mövcud olduğu yer yüksək dqiqli aviabombalanmaya məruz qalıb. Nəticədə o ölü olaraq ələ keçirilib".

"Daha öncələr ABŞ-ın sözügedən proqramda iştirakı haqda heç bir məlumatlar verilməyib"-deyə "The Washington Post" yazır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə