Liviyanın Benqazi şəhərinin 50 kilometrliyində terrorçu-kamikadze içi patlayıcı ilə təchiz olumuş avtomobili hərbi bazanın girişində partladıb. SİA Röyter agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Qeyd edək ki, Müəmmar Qəddafinin devrilməsi ilə nəticələnən inqilabdan iki il ötməsinə baxmayaraq, ölkənin yeni hökuməti hələ də Liviyanı normal həyata qaytara bilmirlər. Belə ki, ölkədə keçmiş döyüşçülərdən və radikal islamçılardan ibarət olan dəstələr bu gün də müxtəlif yerlərdə öz qanunlarını yürüdür və mərkəzə tabe olmadıqlarını nümayiş etdirirlər. Benqazi isə ikinci ən böyük şəhər olmaqla, demək olar ki, nəzarətsiz zonaya çevrilib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB