Qaqauziyanın Xalq Məclisi İcraiyyə Komitəsinin yeni tərkibini təsdiq edib
Qaqauziya (Qaqauz Yeri) Muxtar Ərazi Qurumunun Xalq Məclisi muxtar qurumun icraiyyə komitəsinin yeni tərkibini təsdiq edib.
Qaqauziya başqanı Mixail Formuzal yenilənmiş icraiyyə komitəsində onunla işləmələrini istədiyi şəxslərin adlarını çəkib və deputatlar onların hər birinə fərdi şəkildə səs veriblər.
Deputatlar başqanın indiki birinci müavini Valeri Yanioqloya etimad göstərməkdən imtina ediblər. Digər iki müavin - Nikolay Stoyanov və İvan Kretsu səs çoxluğu ilə təsdiq edilib.
Pavel Tulba (işlər idarəsinin müdiri) və Vitaliy Kürkçü (iqtisadi inkişaf idarəsinin müdiri) də deputatların səs çoxluğu ilə öz vəzifələrində qalıblar. İqor Hüseynov (maliyyə idarəsi), Svetlana Qradinar (xarici əlaqələr idarəsi), Anatoli Kara (gənclər və idman idarəsi) və Vasili İvançuk (mədəniyyət və turizm idarəsi) yekdilliklə öz vəzifələrinə təsdiq ediliblər.
Digər tərəfdən, Pyotr Zlatov (yol infrastrukturu və tikinti idarəsi), Vera Balova (təhsil idarəsi), Viktor Topçu (vergi inzibatçılığı idarəsi) və Sergey Suxodolun (polis idarəsi) namizədliyi deputatların əksəriyyətinin səs çoxluğu ilə rədd edilib.
Komrat rayonuna yenə İvan Sarı başçılıq edəcək, səsvermədə iştirak edən 28 qanunvericidən 12-si Cadır-Lunq rayonun başçısı vəzifəsinə Sergey Buzacinin namizədliyinin lehinə səs verib, Vulkaneşt rayonun sədri vəzifəsinə isə sahibkar Georgi Terzi təsdiq edilib.
İcraiyyə Komitəsinin təsdiq edilmiş üzvləri bu gündən etibarən öz vəzifələrinin icrasına başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB