Çinli milyarder Fransada helikopter qəzasında həlak olub

Çinli milyarder Fransada helikopter qəzasında həlak olub

Çinli milyarder Lam Kok və onun oğlu helikopter qəzasında həlak olmuşlar. 46 yaşlı milyarder Çinin elit çay növlərinin ixracı ilə məşğul olan Brilliant kompaniyasının sahibi idi. O bu yaxınlarda Fransanın Bordo şəhəri yaxınlığında üzümlük almışdı.

Qəza biznesmen həmin üzüm plantasiyasını havadan seyr edərkən baş vermişdir. Lam Kokun idarə etdiyi helikopter üzümlüyün yaxınlığındakı Dordon çayına düşüb. Heklikopterdə onun 12 yaşlı oğlu və tərcüməçisi də olub.

Fransa KİV-lərinin yaydığı məlumata görə, hadisə yerində xilasedicilər işləyirlər. Artıq həlak olanlardan birinin cəsədi tapılıb və onun şəxsiyyəti müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə