Obamadan İrana xəbərdarlıq

ABŞ prezidenti Barak Obama İrana xəbərdarlıq edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Konqresin İrana qarşı sanksiya tətbiq tətbiq edəcəyinin istisna olmadığını deyib.

"Hazırda İrana qarşı yeni sanksiyalar tətbiq etməyə ehtiyac yoxdur. Lakin İran elə düşünməsin ki, Konqres onlar üçün yeni sanksiya tətbiq etməyəcək. Əgər Tehran "altılıq" ölkələrinin öhdəliklərini yerinə yetirməsə, o zaman onlar üçün ciddi ölçülər götürə bilər"- deyə Obama vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə