Con Kerri Rusiyaya çağırış etdi

Con Kerri Rusiyaya çağırış etdi
"Rusiyada müstəqil məhkəmələr olmalıdır". Bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Rusiyada konstitusiyanın 20 illiyi ilə bağlı amnistiyanın verilməsinə münasibət bildirərkən deyib.

SİA "RİA Novosti" saytına istinadən xəbər verir ki, Kerri amnistiya nəticəsində "YUKOS" şirkətinin sabiq sahibi Mixail Xodorkovskinin azadlığa buraxılmasını alqışlayır: "Vaşinqton Rusiya hökumətini müstəqil və şəffaf məhkəmə sistemi yaratmağa çağırır. Biz Mixail Xodorkovskinin azadlığa buraxılmasını alqışlayırıq. Lakin biz Rusiyada prosessual pozuntuların olması haqqında dəfələrlə narahatlığımızı ifadə etmişik. O cümlədən, Xodorkovski və onun biznes ortağı Platon Lebedev ətrafında da ABŞ tərəfi dəfələrlə öz narazılığını ifadə etmişdi".

Qeyd edək ki, cümə günü Rusiya prezidenti Vladimir Putin Mixail Xodorkovskinin azadlığa çıxması üçün əfv fərmanı imzalayıb.

Xatırladaq ki, YUKOS-un keçmiş rəhbəri 10 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlığa çıxmasına 8 ay qalmışdı. Belə ki, Xodorkovskinin həbs müddəti 2014-cü ilin avqustunda başa çatacaqdı.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com