Ukrayna prezidenti: "Digər ölkələr Ukraynanın daxili məsələsinə qarışmasın!"
Ukrayna Prezidenti Viktor Yanukoviç ölkədə siyasi vəziyyətin tənzimlənməsi istiqamətində məsələyə digər ölkələrin müdaxiləsinin əleyhinə olduğunu deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dövlət başçısı bu sözləri First National TV kanalında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Xalqı məsuliyyətli olmağa çağıran Viktor Yanukoviç ukraynalıların problemlərini həll etmək üçün kifayət qədər siyasi əqidəyə malik olduqlarını bildirib: "Dövlət orqanlarını, müxalifəti o cümlədən, sıravi vətəndaşları hadisələrdən doğru nəticə çıxarmağa və səhvlərini düzəltməyə dəvət edirəm. Mənim xalqım mövcud olan problemi həll etmək iqtidarındadır, sadəcə olaraq, düzgün qənaətə gəlmək lazımdır ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB