Suriyada 16 uşaq donaraq ölüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, havaların soyuq keçməsi nəticəsində daha 38 min uşaq donma təhlükəsi yaşayır. Türkiyə ilə sərhədin yaxınlığında yerləşən, Rakka şəhərində ərzaq qıtlığı, enerji çatışmazlığı kimi problemlər yaşanır.
Uzun sürən vətəndaş müharibəsi ilə əlaqədar maye yanacağın qiymətinin bahalaşması nəticəsində vəziyyətin getdikcə ağırlaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB