Türkmənistanda 15 dekabrda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 3 milyondan çox seçicinin 91,3 faizinin səsvermədə iştirakı nəticəsində parlamentdə ən çox deputatla təmsil olunan partiya Demokrat Partiyası qalib olub. Sözügedən partiyanın 47 üzvü millət vəkili olaraq parlamentdə fəaliyyət göstərəcək. Digər yerləri isə Sənayeçilər və Sahibkarlar partiyasının namizədlərinin tutduğu deyilir.
Partiyalar xaricində həmkarlar ittifaqlarının namizədlərindən Türkmənistan Peşə Birliklərinin ilk sıraları fəth edərək, parlamentdə 33 millət vəkili ilə təmsil olunacağı qeyd edilir. Yerdə qalan yerlər isə Qadınlar Birliyi və Gənclər Birliyinin payına düşüb. Qadınlar Birliyinin 16, Gənclər Birliyinin isə 8 namizədi millət vəkili olaraq fəaliyyət göstərəcək. Müstəqil namizədlərdən isə 7 nəfərin millət vəkili seçildiyi bildirilir.
Qeyd edək ki, sözügedən ölkədə millət vəkilləri 5 il müddətinə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB