Gələn ilin martın 14-də Davosda keçirilən əsas forumdan ("World Communication Forum Davos" – "WCFDavos") bilavasitə sonra Kiyevdə təşkil olunacaq Davos Kommunikasiya Forumuna ("WCFDavos Kyiv") qeydiyyat başlayıb. SİA-nın məlumatına görə, Dünya kommunikasiya səhasində əsas hadisələrdən biri sayılan bu Forum dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.
Ənənəvi "WCFDavos" Forumunda kommunikasiya sahəsini inkişaf etdirən əsas məsələlər müzakirə olunur. Kiyevdə kiçiriləcək Forumun təşkilatçısı və media-tərəfdaşı qismində "AGAMA communications" marketinq və media kommunikasiyaları üzrə agentliklər qrupu çıxış edəcək.
"WCFDavos"un direktoru və kontent-meneceri xanım Yanina Dubeykovskaya bildirib ki, Davos Forumundan sonra dərhal Kiyevdə Forum təşkil etmək strateji həlldir: "Bu, spikerlərin top-səviyyəsini və hadisənin canlı atmosferini qoruyub saxlayacaq. Bununla yanaşı, regional tədbirlərin iki məsələsi həll olunacaq".
Ukrayna sessiyasının mövzusu: "Biznesdə effektiv kommunikasiyalar. Beynəlxalq və yerli. Trendlər və alətlər 2014"-dür.
Tədbir çıxışlar və panel müzakirələri formatında keçiriləcək və əsas diqqət qlobal və mədəniyyətlərarası kommunikasiyaların uyğunlaşdırmasına yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB