Ekvadorda 55 dustaq həbsxanadan qaçdı

Ekvadorda 55 dustaq həbsxanadan qaçdı
Ekvadorda dustqaların kütləvi şəkildə həbsxanadan qaçması hadisəsi baş verib. SİA-nın İTAR TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Xose Serrano bildirib.

Nazir qeyd edib ki, dustaqlar həbsxananın görüş otqalarından qaçmağa nail olublar.

Serranonun sözlərinə görə, həbsxana ərazisini tərk edən 55 dustaqdan 20 nəfəri artıq saxlanılıb. Digərlərinin isə axtarışı davam edir. Nazir onu da bildirib ki, fərarilik edən dustaqların heç biri qatı cinayətkar deyil.

Qeyd edək ki, hazırda ölkə prokurorluğu ciddi araşdırmalara başlayıb. Prokurorluq nəyə görə bazar günü həbsxana gözətçilərindən beş nəfərinin işə çıxmadığını müəyyənləşdirməyə çalışır. Xose Serrani söz verib ki, həbsxanadan kütləvi qaçışa görə penitensiar xidmətindən yüksək vəzifə tutan bir neçə şəxs işlərindən azad olunacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com