Yaponiya Çinin tədbirlərini ləğv etməyə çalışacaq

Yaponiya Çinin tədbirlərini ləğv etməyə çalışacaq

Yaponiyanın Baş naziri Şinzo Abe deyib ki, Yaponiya digər ölkələrlə əməkdaşlığı davam etdirərək Çin tərəfinin açıq dəniz üzərində aviasiyanın sərbəst hərəkətinə maneə yaradacaq bütün tədbirləri ləğv etməsinə çalışacaq.

Dekabrın 14-də axşam saatlarında Tokioda mətbuat konfransı keçirən Ş.Abe ASEAN ölkələrinin də həmin mövqedə olduğunu bildirib.

Baş nazir təsdiq edib ki, Yaponiya hökuməti öz aviasiya siyasətini davam etdirərək Çinin uçuş planlarının əvvəlcədən təqdim edilməsi barədə tələbini icra etməyəcək. Ş.Abe əlavə edib ki, qapılar Çin tərəfi ilə dialoq üçün həmişə açıqdır.

Baş nazir, həmçinin deyib ki, iki ölkə strateji tərəfdaşlığın başlanğıc nöqtəsinə qayıdaraq bütün məsələləri hər iki tərəf üçün faydalı olan və ikitərəfli münasibətlərə mənfi təsir göstərməyən şəkildə həll etməyə çalışmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə