Türkmənistanda parlament seçkilərində seçicilərin böyük hissəsi səs verib
Türkmənistanda parlament seçkilərində yerli vaxtla saat 13.00-a olan məlumata görə, seçicilərin 65.49 faizi səsvermədə iştirak edib. SİA Türkmənistanın Seçkilər və referendumların keçirilməsi üzrə mərkəzi komissiyasına (MSK) istinadən məlumat verir.
Ölkənin üç milyondan artıq seçicisi üçün səsvermə yerli vaxtla səhər saat yeddidə başlayıb, seçki məntəqələri axşam saat yeddiyə qədər işləyəcəklər.
Türkmənistanda mövcud qanunvericiliyə əsasən, əgər səsvermədə seçicilərin ümumi sayının 50 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB