Mİsirin yeni Konstitusiyasının layihəsinə dair ümumxalq referendumu 2014-cü il yanvarın 14-15-də keçiriləcək.
Bunu Misirin müvəqqəti Prezidenti Ədli Mənsur elan edib. Onun sözlərinə görə, yeni Konstitusiya layihəsinin hazırlanması üçün yaradılmış xüsusi konstitusiya komissiyası çox böyük iş görüb. Ə.Mənsur ölkənin bütün vətəndaşlarını referendumda fəal iştirak etməyə çağırıb.
Misirin əvvəlki Prezidenti Məhəmməd Mürsi devriləndən sonra hazırlanmış yol xəritəsinə əsasən, ölkədə əvvəlcə yeni Konstitusiya layihəsinə dair referendum, sonra isə prezident və parlament seçkiləri keçirilməlidir.
Qeyd etmək lazımdır ki, Əsas Qanunun yeni mətninə düzəlişlər aparılması ilə əlaqədar iş "Komissiya-50" adlanan xüsusi komissiyaya həvalə edilib. Sənədin son mətni həmin komissiya tərəfindən hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB